​Putin istənilən an hücuma keçə bilər – TURÇİNOV

Baxış sayı:
3088

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni istənilən an başlaya bilər.
Muxalifət.az xəbər verir ki, bunu Ukrayna-NATO Komissiyasının iclasında çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib.
“Rusiya sərhədimiz boyunca güclü hərbi infrastruktur yaradır. O, istənilən an bizə qarşı genişmiqyaslı müharibəyə başlaya bilər. Putinin müharibə qərarı Ukraynanın fəaliyyətindən deyil, Rusiyadakı daxili siyasi vəziyyətin inkişafından asılıdır. Rusiya Krımı güclü hərbi bazaya çevirir”, – deyə o bildirib.