Putin İsrail heyətini qapıdan geri göndərib: YƏHUDİ GENERAL İNANDIRICI OLMAYIB

Baxış sayı:
3952

İsrail Hava Qüvvələri komandiri Amikam Norkin başçılıq etdiyi heyətin, Rus döyüş təyyarəsi Il-20-nin Suriyada vurulması ilə bağlı əllərindəki məlumatları Rus hakimiyyəti ilə bölüşmək üçün dünən Moskvaya gedəcəyi bildirilmişdi. İki ölkənin nümayəndə heyətlərinin görüşünün bir nəticə vermədiyi qeyd olunub.
 
İsraildə nəşr olunan “Haaretz” qəzetinin Hizbullaha yaxınlığı ilə tanınan “Al Mayadeen” televiziyasına əsaslandırdığı xəbərinə görə, İsrailin təqdim etdiyi məlumatlar Rus nümayəndə heyətinə inandırıcı gəlməyib.
Əsəd rejiminin və Rusiyanın günahkar olduğunun bildirildiyi sənədlərdən sonra Rusiyanın yeni bir araşdırma tələb etdiyi iddia edilib.
 

Rus və İsrailli nümayəndə heyəti görüşdən öncə
 
PUTİN İSRAİLLİ NÜMAYƏNDƏ HEYƏTİNİ QAPIDAN GÖNDƏRİB
 
İsrailli nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putin ilə də görüşmək istəyib. İddiaya görə, Putin, İsraildən gələn nümayəndə heyəti ilə görüşmək istəməyib və geri göndərib.
Müxalifət.az