​Putin hərbi rütbəsini AÇIQLADI - Video

Baxış sayı:
8737

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətdə olan zaman artilleriya diviziyasında xidmət etdiyini bildirib
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Putin Sankt-Peterburqun Petropavlovsk qalasına baş çəkən zaman bildirib.
Videoyazını "Komsomolski Pravda" qəzetinin xüsusi müxbiri Dmitri Smirnov "Twitter" səhifəsində paylaşıb.
"Mən artilleriyaçı kimi leytenant rütbəsi almışam. Haubitsa artilleriya diviziyasının idarətmə bölüyünün komandiri olmuşam", - Putin bildirib.