​PUTİN HƏR BEŞ AVTOMOBİL MÜFƏTTİŞİNDƏN BİRİNİ QOVDU

Baxış sayı:
3680

Muxalifət.az xəbər verir ki, Rusiya mətbuatı DİN-in daxili əmrinə istinadən, RF prezidenti Vladimir Putinin DİN-də ixtisarlarla bağlı imzaladığı fərmanın yalnız Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi əməkdaşlarına aid olduğunu yazıb.
Avtomobil müfəttişlərinin hər beş nəfərindən biri ixtisara düşəcək. İstefalar yalnız iki şöbəyə - qeydiyyat və sürücülük vəsiqəsi imtahanı şöbələrinə aid olmayacaq.
Dekabrın 31-də imzalanmış və hüquqi informasiya internet portalında yerləşdirilən fərmana görə DİN əməkdaşlarının sayı 10 min nəfər azalmalıdır. Lakin konkret olaraq kimlərin ixtisara düşdüyü fərmanda aydın şəkildə qeyd edilmir.
DİN-in sənədindən bəlli olur ki, yeni böyük ixtisar sırf Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi işçilərinə aiddir. Rusiyada Dövlət Avtomobil Müfəttişliyi əməkdaşlarının sayının ötən ilin payızda 55 min nəfər olduğu açıqlaması nəzərə alınsa, söhbət praktiki olaraq, hər beşinci avtomobil müfəttişinin ixtisarından gedir.
Moskva polis işçiləri həmkarlar ittifaqının rəhbəri Mixail Paşkin kütləvi ixtisarların idarənin özündəki tədrici dəyişikliklərlə, son illərdə texnologiyanın rolunun artması ilə bağlı olduğunu söyləyib. Bundan savayı, o bildirib ki, əməkdaşların yox, vakansiyaların sayı ixtisar edilir, bir sıra şöbələrdə boş yerlər olduğu nəzərə alınsa, daha çox adamları yox, “boş” vəzifələri azaldacaqlar.