“Putin gizli şəkildə evlənib...” – Üzük sirri açdı

Rusiya Prezidenti Vladmir Putinlə keçmiş gimnast Alina Kabayevanın evləndiyinə dair iddialar yenidən gündəmə gəlib.
 
Kabayevanın fotoqraflar tərəfindən barmağında nişan üzüyü ilə yaxalanmasından sonra Rusiya prezidentinin gizli şəkildə gimnastla evlənməsi yenidən müzakirələrə səbəb olub.
Qeyd edək ki, Kabayevanın Prezident Putinlə yaxın əlaqələrinin olması barədə xəbərlər mediada vaxtaşırı tirajlanır. Uzun zamandır medianın diqqətindən kənarda qalmağı bacaran Kabayevanın bu yaxınlarda əlindəki üzüklə paparazilərin diqqətini çəkməsi Putinin gizli şəkildə gənc xanımla evləndiyi iddialarını aktuallaşdırıb.
Kabayeva-Putin cütlüyünün sevgi münasibətlərinin 2008-ci ildən başladığı deyilir. Rusiya prezidentinin 30 il evli olduğu həyat yoldaşı Lüdmila Putinadan Kabayevaya görə boşandığı da iddialar sırasındadır.