​Putin Berlində: Nələr gözlənilir?

Baxış sayı:
1936

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.
Muxalifet.az xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də “Tegel” beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.
RF Prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.