Putin axır ki, Ermənistan prosesinə qoşuldu: AMMA İNQİLAB GERİYƏDÖNMƏZDİR

Baxış sayı:
7729

Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Armen Sarkisyana zəng edərək Ermənistanda yaranmış vəziyyəti müzakirə edib. Vladimir Putin və Armen Sarkisyan, ölkədə daxili böhranın tezliklə aradan qaldırılması üçün bütün siyasi qüvvələrə ciddi konstitusion çərçivədə mövcud problemlərin həlli üçün konstruktiv dialoq yolu ilə, təmkinlilik və məsuliyyət olduğunu göstərməyin vacib olduğunu vurğulamışlar. Putin Ermənistanda baş vermiş hadisələrlə bağlı axır ki, prosesə dünən müdaxilə etmək qərarına gəlib. Çünki Ermənistanda cinayətkar-oliqarxik sistemin dağılması təhlükəsi yaranıb. Bu da Ermənistanla Rusiya arasındakı münasibətlərin yenidən radikal şəkildə dəyişməsinə yol aça bilər. Yəni münasibətlər ənənəviolaraq şaquli xarakterli tərəfdaşlıqdan bərabər səviyyəli münasibətlər müstəvisinə köçürülmə təhlükəsi yarana bilər ki, Kreml rəhbərliyi də məhz bundan dolayı narahatdır. Digər tərəfdən, Rusiya elitası Ermənistandakı inqilabın digər Avrasiya ölkələri üçün yoluxucu presedent rolunu oynaya bilməsindən əndişələnirlər. Bu isə Rusiya və cəmiyyət üçün Putinin qondarma siyasi modelinə ciddi zərbə təhlükəsi yaradır. Sözsüz ki, Putin Ermənistan üzərində total nəzarətini saxlamaq üçün oliqarxik sisteminin qorunması yönündə yollar axtarır. Putinin Ermənistan prezidentinə etdiyi zəngin əsas mahiyyəti də bununla bağlıdır Bu vəziyyət sözsüz ki, Ermənistandakı məxməri inqilaba yeni motivasiya verir, çünki bu kontekstdə Karen Karapetyanın baş nazirliyi Ermənistanı “Abxaziya modeli” ilə eyniləşdirilir. Lakin əgər İrəvanda meydandakılar birliyini qorusalar və inqilabın tələblərində ardıcıl olsalar, hətta Kreml belə bu məsələdə yetərsiz qalacaq. Müxalifət.az