​Putin açıqladı: 10 döyüş gəmisi, 160 uçuş aparatı...

Baxış sayı:
8446

Bu il ərzində Rusiya ordusunun inventarına 10 döyüş gəmisi və 160 ədəd uçuş aparatı daxil ediləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə çıxışı zamanı deyib.
“Dövlətin müdafiə sifarişləri çərçivəsində razılaşmaların böyük qismi artıq hazırdır. Hərbi Hava Qüvvələrinin tərkibinə yeni Su-34, Su-35S və Su-30SM qırıcı təyyarələrlə, modern Mi-28, Mi-35M və Ka-52 helikopterləri daxil ediləcək”, - deyə dövlət başçısı bildirib.