Putin: 600-ə yaxın casusu ortaya çıxardıq

Baxış sayı:
31732

Rusiyanın əks-kəşfiyyatı ötən il 129 casusu və 465 xarici kəşfiyyat təşkilatının agentini ortaya çıxarıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxışı zamanı bildirib.
Putin qeyd edib ki, xarici xüsusi xidmət orqanları Rusiyadakı fəaliyyətlərini artırmaq və ölkədəki proseslərə təsir etmək istəyiblər:
"Bu səbəbdən bütün işlər müasir üsullarla və gündəlik olaraq səmərəli aparılmalıdır".