Pullu qocalara ərə gediblər, sonra fahişəliyə başlayıblar... - TÜRKİYƏDƏ DAHA 14 AZƏRBAYCANLI QADIN TUTULDU

Baxış sayı:
14361

Türkiyənin Yalova vilayətində yaşama icazəsi almaq üçün yaşlı kişiləri tora salan azərbaycanlı qadınlardan ibarət dəstə ifşa olunub.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisin 10 ünvanda keçirdiyi əməliyyat nəticəsində 17 nəfərdən ibarət dəstə saxlanılıb. Aralarında 14 azərbaycanlı qadın və 3 kişi olan dəstə üzvləri təxminən 60-75 yaşlı varlı kişiləri tora salmaqla məşğul olublar.

Məlum olub ki, qadınlar imkanlı və yaşlı kişilərlə evləndikdən sonra Türkiyədə yaşama icazəsi alıb, sonra isə boşanaraq fahişəliklə məşğul olublar.

Saxlanılan şəxslərin ifadələri alınıb. Məhkəmədən sonra azərbaycanlı qadınların deportasiya ediləcəkləri bildirilir.

Qeyd edək ki, Türkiyədə polisin fahişəliklə məşğul olan qadınlara qarşı keçirdiyi  əməliyyatlar zamanı müntəzəm olaraq azərbaycanlı qadınlar da saxlanılır, deportasiya edilir. Türkiyədə fahişəliklə məşğul olan minlərlə azərbaycanlı qadının olduğu məlumdur.