PSJ-li Neymar və Kavani pul üstündə əlbəyaxa olub

Söhbət ən yaxşı bombardirə veriləcək bonusdan gedir
 
Fransanın PSJ klubunun Braziliya və uruqvaylı futbolçuları Neymar və Kavani pul üstündə əlbəyaxa olublar.
İnsident "Lion" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib.
Lakin komanda yoldaşları, xüsusilə də, Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar.
Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb.
Qeyd olunur ki, ötən mövsümlərdə PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç bombardirlər siyahısında birinci yeri tutduğuna görə 1,5 milyon avro alıb.