Psixoloqlar xatirələrin təhlükəli olduğunu açıqlayıblar

Baxış sayı:
8539

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin psixoloqları apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, gözəl xatirələr heç də təhlükəsiz deyil. Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, tədqiqatlar onu deməyə əsas verir ki, əsasən həyatında hər şey yolunda olmayan insanlar nostalji hisslərə qapılır, xatirələrə dalırlar. Nostalji hisslər əsasən qəmgin anlarda, gün içərisində bir neçə dəfə yaşana bilər. Eksperiment iştirakçıları gözəl xatirələri xatırladıqdan sonra kədər, tənhalıq, peşimanlıq, gərginlik hiss etdiklərini bildiriblər. Onların həmçinin özünə inam duyğusu azalıb. Nostalji duyğuların gözəl tərəfləri də yox deyil. Belə ki, insanlar keçmişdə kömək etdikləri insanların bu günkü uğurları barədə xəbərlər eşitməkdən məmnun olduqlarını söyləyiblər. Beləliklə ekspertlərin fikrinə görə, xatirələr qarışıq emosiyalar yaratsa da, müasir dövrdə əsasən mənfi düşüncələrə səbəb olurlar.