Prosineçki Xorvatiya millisinin baş məşqçi postuna ilk namizəddir

Xorvatiya mətbuatı DÇ-2018-in seçmə mərhələsində Türkiyə yığmasına uduzan Xorvatiya millisinin baş məşqçisi Ante Caciçin artıq vəzifəsindən getməli olduğunu bildirib.
 
Media 63 yaşlı mütəxəssisin yığmaya xeyir vermədiyini qeyd edib.
Həmkarlarımız Ante Caciçin göndəriləcəyi halda posta Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin ilk namizəd olduğunu bildiriblər. Yazıda onun Azərbaycan millisində gördüyü işlər qeyd olunub:
“Prosineçki Azərbaycan yığmasına gedəndə komanda FİFA reytinqində 135-ci pillədə idi. Amma indi onlar 79-cu yerdədirlər. Üstəlik, bu komanda qrupda Çexiya ilə səfərdə heç-heçə edib, Norveçi məğlub edib. Həmçinin Prosineçki Xorvatiya millisini yaxşı tanıyır. O, Slaven Biliçin köməkçisi olanda komanda əla futbol oynayırdı”.