​Proses başladı: AVROPADA İKİ DÖVLƏT BİRLƏŞİR

Baxış sayı:
2441

Rumıniyanın keçmiş prezidenti Trayan Besesku ölkə parlamentinə Moldova ilə birləşmək haqda qanun layihəsini təqdim edib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beseskunun özü söyləyib.
Onun sözlərinə görə, bu qanun layihəsi ABŞ Senatının 148 nömrəli qətnaməsinə əsaslanır. O, ölkələrin birləşməsinin iki dövlətin parlamentinin qərarları əsasında baş verməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, ABŞ Senatının qərarına əsasən, Moldova 1975-ci ildə qəbul edilən Helsinki Yekun Aktına görə Rumıniyaya birləşmək haqqına sahibdir.