Prezidentin daha bir səlahiyyəti əlindən alındı

Ermənistan parlamenti “Hərbi Vəziyyət Haqqında” Qanuna dəyişiklik edəcək.
 
Ermənistan KİV xəbər verir ki, prezident səlahiyyətlərinin məhdudlaşdırılması ilə paralel olaraq, 2015-ci ildə qəbul olunmuş Konstitusiyanın şərtlərinə əsasən, hərbi vəziyyəti prezidentin yerinə, parlament elan edəcək. Bu qərarı ləğv etmə funksiyası isə parlamentə keçəcək.
 Qanuna əsasən, hərbi vəziyyət dövründə mitinq və aksiyaların keçirilməsi qadağan olunacaq./modern.az