​Prezidentin bu səlahiyyəti spikerə verildi

Baxış sayı:
2354

Moldova Prezidenti İqor Dodonun vəzifəyə təyinetmə səlahiyyəti parlamentin spikeri Andrian Kanduya verilib.

Muxalifet.az xəbər verir ki, Kandu bu səlahiyyətin ona Konstitusiya Məhkəməsi tərəfindən verildiyini bildirib.
Parlament sədri bir neçə nazir təyin edəcək. Təyinatın nə vaxt baş tutacağı bildirilməyib.
Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etmişdi.