​Prezidentin bank hesabları MÜSADİRƏ EDİLİR - Türkiyədə

Baxış sayı:
3115

Yəmənin sabiq prezidenti Abdullah Salehinin Türkiyədə olan bank hesabları və mülkiyyəti dondurulacaq.
BMT Təhlükəsizlik Şurasının qərarını Türkiyə Nazirlər Kabineti təsdiq edib.
Qərar əsasən Husilərin hərbi komandanı əl-Husi, Husi qrupunun ikinci komandanı Abdullah Yəhya əl- Hakim, Yəmənin sabiq prezidenti Abdullah Salehi, Husi Hərəkatının lideri Əbdülmalik əl-Husi və Yəməndə sülhün əldə edilməsinə qarşı tədbirlər həyata keçirən Əhməd Əli Abdullah Salehinin Türkiyədə olan bank hesabları, mülkiyyətləri 2019-cu ilin fevralına qədər dondurulacaq.
Bununla bağlı tədbirləri Türkiyə Maliyyə Nazirliyi həyata keçirəcək./Teleqraf/