Prezidenti aldadan təqdimatlarda erməni izi? – YENİ NAZİR HAQDA SENSASİON İDDİALAR

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və maliyyə naziri Samir Şərifov ikinci və üçüncü yerləri bölüşürlər

Baxış sayı:
16012

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, 05-11 iyun 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olmuşdur. “Səlim Müslümovun Gəncə "TRİO"-su yeni naziri niyə QORXUDUR?! - KORRUPSİYANIN UZANTISI”, “Sahil Babayevin nazirliyində NÜFUZ SAVAŞI - İDDİA”, “Sahil Babayevin fiaskosu - Prezidenti aldadan təqdimatlarda erməni izi”, “Sahil Babayevin “cehiz kadrı”ı və köhnə QVARDİYANIN DÖYÜŞÜ" başlıqlı 4 məqalə ümumilikdə 9 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı “Rüfət Aslanlıdan prezidentə zərbə: Qərb şirkətlərinin 31 faizi narazıdır” başlıqlı məqalənin 8 elektron KİV-də yayılması ilə tutur. Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Samir Şərifov üzərindəki “qara bulud”lar çəkildi? - seçkidən sonra şok gizlinlər…”, “Azərbaycanda nazir oğlu çoban iti aldı - Türkiyə mediasında sensasion fakt + Fotolar” başlıqlı 2 məqalənin 6 elektron KİV-də yayılması Maliyyə naziri Samir Şərifov tutur. Deputatın çay kənarındakı 6 villası Göyçayı iki yerə böldü... Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputatın 6 villası Göyçayı iki yerə böldü - AĞIR İTTİHAM”, “Cənab prezident yalvarırıq, bizi Elxan Süleymanovun zülmündən xilas et”, “Prezidentə yalan məlumat verib 3 milyon necə aldılar? - HƏR ŞEY ''FÖVQƏLNAZİRLƏ'' DEPUTATIN MÜSİQİÇİ HƏMRƏYLİYİNDƏN BAŞLAYIB”, “Deputata qarşı sensasiyalı ittihamlar – FOTOLAR” başlıqlı 3 məqalənin 11 saytda yayılması ilə deputat Elxan Süleymanov tutur. Mətbuatda ən çox ad hallanan deputatlar siyahısında 2-ci yeri “Lerikin 3 kəndi icra başçısını məhkəməyə verir, deputatdan imtina edir - Prezidentə müraciət” başlıqlı məqalənin 1 elektron KİV-də yayılması deputat İqbal Məmmədov tutur. Muxalifet.az