​Prezidentdən SOS: “Həyatım üçün təhlükə var”

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışını tənqid edib.
Xarici media xəbər verir ki, Venesuela lideri ABŞ prezidenti Donald Trampı “yeni Hitler” adlandırıb.
“Beynəlxalq siyasətdə yeni Hitlerin təcavüzü Venesuela xalqına qarşı yönəlib. O, bu gün irqi və imperiya üstünlüyü haqqında danışdı”- dövlət başçısı deyib.
O əlavə edib ki, Trampın bəyanatını onun həyatı üçün təhlükə kimi izah etmək olar.
Xatırladaq ki, ki, Tramp dünən BMT Baş Assambleyasının tribunasından çıxış edərək Venesuela hökumətinin öz kursunu dəyişməyəcəyi halda, ABŞ-ın bu ölkəyə qarşı sonrakı hərəkətlərə hazır olduğunu bildirib(publika.az).