​PREZİDENTDƏN ŞOK SƏRƏNCAM: Etibar Pirverdiyev vəzifəsindən azad olundu - YENİLƏNDİ

Baxış sayı:
5011

Prezident İlham Əliyev B.H.Rzayevin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
***

Digər Sərəncama görə, B.H.Rzayev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edildi. 
Muxalifet.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilsin.

***
Prezident İham Əliyev E.S.Pirverdiyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.