Prezident Zakir Həsənovla bağlı SƏRƏNCAM İMZLADI

Baxış sayı:
2191

Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 60 yaşı tamam olur.