Prezident və nazirdən azərbaycanlının faciəvi ölümünə reaksiya

Baxış sayı:
5797

Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli Tiflisin70 saylı məktəbinin azərbaycanlı şagirdi Aslan Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, nazir bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəbi istintaqla müəyyən olunacaq və adekvat reaksiya veriləcək.
“Aslan Məmmədovun ailəsi və doğmalarının böyük kədərini bölüşürəm. Xəsarət almış digər uşaqların tezliklə sağalacağına inanıram”, - M.Çxenkelinin başsağlığında deyilir.
A. Məmmədovun faciəvi ölümü ilə bağlı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili də başsağlığı verib.
Qeyd edək ki, Tiflisin Barataşvili küçəsində üzərinə pəncərə şüşəsi düşən və daha sonra xəstəxanada ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb.