Prezident sözçüsündən "Türkiyə-ABŞ" münasibətləri çıxışı

Baxış sayı:
11863

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə-ABŞ Biznes Şurası və Amerika-Türkiyə Şurası tərəfindən təşkil olunan 37-ci Birgə İllik Konfransda iştirak edib.
Konfransda çıxış edən prezident sözçüsü Kalın, prezident Ərdoğanın hələ də ABŞ ilə yaxşı, güclü və səmərəli bir münasibətə inandığını bildirərək "Bu səbəblə prezident Tramp ilə şəxsi münasibətlərimizə qiymət veririk. Vaşinqtondakı digər qərarvericilər və icraçıların da buradakı böyük rəsmi görəcəklərinə inanıram. ABŞ-ın dost və müttəfiq olaraq Türkiyəni itirməyi gözə ala biləcəklərinə inanmıram" deyib.
 ABŞ ilə Türkiyə arasında keçmişdə enişli yoxuşlu dövrlər yaşandığına işarə edən Kalın, "Ancaq indi əlaqəmizə həsr edilən bütün xaos və ümidsizlik göz önünə alındıqda daha çox müsbət dəyərlərə əsaslanan bir münasibətə ehtiyacımız olduğuna inanıram" deyib.
Kalın sonra belə davam edib:
“ABŞ-ın Türkiyə barəsində sanksiya dilini istifadə etməsi tərs təpəcək bir münasibətdir. Bizim ABŞ ilə bir çox sahədə əhəmiyyətli iş birliklərimiz var. Bu cür sanksiya dili ikitərəfli münasibətlərimizə zərər verir”.
Müxalifət.az