​Prezident seçkilərində Trampın daha bir rəqibi MƏLUM OLDU

Baxış sayı:
16546

ABŞ Senatının Vermont ştatından olan senatoru Berni Sanders 2020-ci il prezident seçkilərində iştirak edəcək.
77 yaşlı Sanders bu haqda “Public Radio”ya (VPR) müsahibəsində bildirib.
Qeyd edək ki, Sanders 2016-cı ildə prezidentliyə namizəd olub, lakin Demokratlar Partiyasında keçirilən praymerizdə (partiyadaxili seçkilər-red.) keçmiş dövlət katibi Hillari Klintona məğlub olub.
Daha əvvəl Hillari Klinton bildirib ki, 2020-ci ildə prezident seçkilərində iştirak edə bilər./Publika