​“Prezident seçkilərində...” - MHP Ərdoğanla bağlı qərarını AÇIQLADI - VİDEO

Baxış sayı:
3431

Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Muxalifet.az xəbər verir ki, bunu bu gün MHP sədri Dövlət Baxçalı bəyan edib.
D. Baxçalı deyib ki, MHP-nin prezidentliyə namizədi yoxdur, partiya sədri kimi də prezidentliyə namizəd olmayacaq: “MHP prezident seçkilərində Yenikapı ruhu ilə hərəkət edərək, Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı alacaq”.
D. Baxçalı 2019-cu ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək parlament seçkilərinə isə MHP-nin ittifaq formalaşarsa, ittifaq, bu mümkün olmadıqda isə müstəqil şəkildə qatılacağını bildirib.