Prezident əsəbiləşdi: 6 ildir casus tuta bilmirsiz

Baxış sayı:
6211

6 il ərzində Çexiya əks-kəşfiyyatı bir nəfər də olsun casus aşkar edə bilməyib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Barrandov” televiziyasında çıxışı zamanı Çexiya Prezidenti Miloş Zeman deyib.

“Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin 6 ildir hesabatlarını oxuyuram. Bu dövr ərzində burada heç olmasa bir rus və ya Çin casusun olmasıyla bağlı konkret məlumata rast gəlməmişəm.

Təhlükəsizlik və İnformasiya Xidməti Çexiyada islamçı terrorçuları axtaranda ölkədəki müsəlman icması məndə heç bir qorxu yaratmayıb. Bir müddətdən sonra hansısa icmanın imamı ölkə xaricinə qaçdı, onunla bağlı axtarış elan olundu və terrorizmə dəstəkdə ittiham edildi. Bununla belə bu informasiya xidmətin nə açıq, nə qapalı hesabatında yer aldı”, – deyə o bildirib.