Prezident Ərdoğandan İrana kritik səfər – NƏLƏR GÖZLƏNİLİR..

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə "TUR" ilə səər saatlarında İranın paytaxtı Tehrana getdi.
 
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin İran səfərinin ən önəmli gündəm maddəsi İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) 25 Sentyabrda həyata keçirdiyi müstəqillik referendumu sonrası atılacaq addımlar olacaq.
  Ərdoğanın İran səfəri ilə bağlı məsələlər əsas dörd sualda toplandı:
 
 Bu səfər niyə əhəmiyyət daşıyır?
 
 Ərdoğan sentyabr ayındakı ABŞ səfərindən dönüşü zamanı İrana da gedəcəyini açıqladı və bu görüşü "çox əhəmiyyətli" kimi səciyyələndirmişdi.
  Ərdoğan IKBY-nin müstəqillik referendumu məsələsində Türkiyə ilə İranın oxşar qərarlar verdiyinə diqqət çəkmişdi: “Gələcəyə yönəlik bəzi sanksiyalar məsələsində İran ilə addımları atmağımız lazımdır ki, geri addım atılmasın".
  Həmçinin bu, Ərdoğanın  2015-ci il aprel ayından bu yana İrana etdiyi ilk səfər olma xüsusiyyətini də vurğulamaq lazımdır.
 Həsən Ruhani isə 2016-nın aprelində Türkiyəyə səfər etmişdi
 Ərdoğanın səfəri,iki ölkə arasında xüsusilə hərbi təmasların sürətləndiyi bir dövrə təsadüf edir.
  İran Baş Qərargah Rəisi Məhəmməd Baqiri avqust ayında doqquz komandirlə birlikdə Türkiyəyə üç günlük səfər etmişdi. Bagiri bu səfəri zamanı həm Ərdoğan, həm də baş qərargah rəisi general Hulusi Akar ilə bir araya gəlmişdi.
 İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından kritik kimi səciyyələndirilən bu səfər yüksək səviyyəli bir İranlı general tərəfindən 38 ildə həyata keçirilən ilk səfər olması baxımından əhəmiyyət daşıyır.
  Ordu generalı Akar da əvvəlki gün rəsmi təmaslarda olmaq üçün İrana getdi. Bu da 1979-ci il İslam İnqilabından bu yana Türkiyənin baş qərargah rəisi səviyyəsində İrana edilən ilk səfərdir.
 
 Danışıqlarda hansı məsələlərin müzakirə olunması gözlənilir?
 
 IKBY-nin 25 Sentyabrda keçirdiyi referendum bu səfərin ən önəmli gündəm maddəsidir.
  Həm İran, həm də Türkiyə bu referendumun "qeyri-qanuni" olduğunu müdafiə edir.
 Bundan başqa, hər iki ölkə də IKBY-yə qarşı bəzi sanksiyaları tətbiq etməyə başladı. İran IKBY-yə uçuşları dayandıran ilk ölkələrdən biri olmaqla bərabər, son olaraq şirkətlərinin IKBY-dən neft gətirməsini də qadağan etdi.
 Səfərdə müzakirə olunacaq digər bir məsələ də Suriyadakı müharibədir. Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putinin görüşündə əldə edilmiş İdlibdəki “sabitlik bölgəsi”nin həyata keçirilməsinə dair detalların İranla da müzakirə olunacağı gözlənilir.
  Görüşlərdə gündəmə gəlməsi nəzərdə tutulan bir digər məsələ ticarət sahəsində əməkdaşlıqla bağlı olacaq. İranın Ankaradakı səfiri Məhəmməd İbrahim Tahiryan Fard Ərdoğanın təmasları əsnasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələsinin də müzakirə olunacağını deyib.
 
Hərbi sahədə nə kimi addımların atılması gündəmdə?
 
Ordu generalı Akar bu həftə içində İrandakı təmasları çərçivəsində Ruhani, baş qərargah rəisi Bagiri və müdafiə naziri Əmir Xatəmi ilə bir araya gəldi.
  Akar Bagiri ilə görüşündən sonra keçirilən birgə mətbuat toplantısında "Türkiyə və İran əsrlərdir ki, dost və ortaq dəyərlərə malik iki ölkədir. Bu ortaq dəyərlər əsasında içərisində olduğumuz mövcud təhdid və risklərə qarşı əməkdaşlığımızı inkişaf etdiririk" dedi.
 İki ölkənin iqtisadi və siyasi əlaqələri ilə yanaşı, hərbi əməkdaşlığı inkişaf etdirdiyini bildirən Akar, qarşıdakı dövrdə "terrorizmlə mübarizə və buna bağlı olaraq sərhəd təhlükəsizliyi məsələlərində" razılığa gəldiyini deyib.
 
Bagiri də hərbi təhsil, təlim və təcrübə mübadiləsi məsələsinin müzakirə olunduğunu və bununla bağlı detalların Ərdoğanın səfəri zamanı müzakirə olunacağını ifadə etdi.
  İranın rəsmi xəbər agentliyi ISNA-nın bildirdiyinə görə isə Akar ilə müdafiə naziri Xatəminin görüşündə bölgədəki son vəziyyət müzakirə olunub.
  Xəbərdə Xatəminin Akara ABŞ-ın Orta Şərqdəki ölkələri parçalamaq üçün bir ssenari tətbiq etdiyini, ancaq Türkiyə ilə İranın bu ssenarinin həyata keçirilməsini birlikdə mane olacağını söylədiyi bildirildi.
 
 Səfərə başqa kimlər iştirak edir?
 
 Ərdoğanın görüşləri zamanı Akarla yanaşı, Milli İstihbarat Təşkilatının Müstəşarı Hakan (MİF) Fidanın da iştirak edəcəyi gözlənilir.
  Heyətdə həmçinin bəzi nazirlər ilə iş adamları da yer alır.
 
Muxalifet.az