Prezident məmurları ikiüzlülükdə ittiham etdi

Baxış sayı:
1210

Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının (Aİ) məmurlarını tənqid edib.
"RİA Novosti" xəbər verir ki, prezidentin sözlərinə görə, o, başa düşə bilmir ki, serblər albanlara nə edib. Vuçiç iddia edib ki, albanlar əldə edilmiş bütün razılaşmaları pozub.
"Bütün tərəfləri təmkinli olmağa çağırırlar. Nədən təmkinli olmaq? Bax, mənim Avropa İttifaqına sualım budur", - deyə Vuçiç bildirib.O, həmçinin əlavə edib ki, Aİ məmurları heç olmasa riyakarlıqdan çəkinməlidirlər.
O, bildirib ki, Avropa Birliyi məmurlarının Kosovo ətrafında vəziyyətlə əlaqədar mövqeyi ikiüzlülükdür./Publika.az