​Prezident İmanovu sədr təyin etdi

Baxış sayı:
4546

Prezident İlham Əliyev K.S.İmanovun Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Muxalifət.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.