​Prezident düşdüyü qəzadan danışdı: Dərs çıxarılmalıdır...

Baxış sayı:
3868

Təəssüf ki, hələ bir müddət həkim nəzarətində qalmalıyam.
Muxalifet.az xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon deyib.
“Mənə və ailəmə göstərilən diqqət, xoş münasibət və anlayış üçün hər kəsə təşəkkürümü bildirirəm. Hər zaman baş verənlərdən dərs çıxarılmalı, insani duyğular və iztirabların siyasi emosiyaların və seçimlərin üzərində olduğu xatırlanmalıdır”, - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, sentyabrın 9-da İ.Dodonun kortejinin yük maşını ilə toqquşması nəticəsində ağır qəza baş vermişdi.
Prezident qəzadan yüngül xəsarətlərlə qurtulsa da, onun anası ağır xəsarət alıb.