​Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI

Baxış sayı:
4234

Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cəfərova Rüxsarə Əliağa qızı
Xanlarov Habil Tehran oğlu
Qurbanova Vəfa Əli qızı
Məmmədov Vidadi Mansur oğlu
Məmmədova Mayə Əliağa qızı
Mirzəyev Akif Əziz oğlu
Müzəffərov Arif Valeh oğlu.
Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:

Əliyeva Afət Məmməd qızı
Həşimov Rafael Zeynal oğlu
İbrahimli Qabil Mahmud oğlu
İmamverdiyev Yusif İmamverdi oğlu
Quliyev Aydın Baloğlan oğlu