​“Prezident 3 dəfə Həccə gedib. Həccə getməklə deputat olmaq olsaydı....” – Şeyxin qudası

Baxış sayı:
3931

“Azərbaycanda çox az adam var ki, Kəbə Evinin içində olub. Cənab Prezident İlham Əliyev üç dəfə Kəbə Evini ziyarət edib. Allaha şükürlər olsun ki, mənə də bu şans iki dəfə nəsib olub”.
Muxalifet.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Şeyxin qudası Qalib Salahzadə söyləyib.
O bildirib ki, 2010 və 2015-ci ilərdə Kəbə Evini ziyarət edib: "İndiyə qədər dəfələrlə Həcc ziyarətində olmuşam. 1990-cı ildən ildə iki dəfə ziyarətə yollanıram. Bu il də kiçik Həcc ziyarətində oldum. Azərbaycanda təxminən 20 adam var ki, Kəbə Evinin içində olub. Onlardan biri mənəm. Hətta milyardlarla pula sahib olsan da, adamı Kəbə Evinə buraxmırlar. Çoxlu sayda varlı ərəblər var ki, buna nail ola bilməyiblər. Bunun üçün gərək xətir-hörmətin olsun. Məni də hörmətimə görə ora buraxıblar”.
"2010 və 2015-ci illərdə deputatlığa namizəd olmusunuz. Kəbə Evini məhz həmin illərdə ziyarət etməyiniz deputat olmaq üçün Allaha dua məqsədi daşıyırdı?” sualımızı sabiq deputat gülüşlə qarşıladı:
"Həccə getməklə deputat olmaq olsaydı, gərək Azərbaycanda onminlərlə deputat olaydı. Çünki indiyə qədər onminlərlə insan bu müqəddəs ziyarətgahı ziyarət edib. Həcc yalnız o adamlara qismət olur ki, bunu Allah istəyir”.