​"Porshe" yük maşınına çırpıldı, xəsarət alanlar var

Baxış sayı:
7126

Kürdəmir rayonunda yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aqil Xəzər oğlu Kazımovun idarə etdiyi 10 VB 045 dövlət qeydiyyatı nişanlı "Porshe" markalı minik avtomobili 1981-ci il təvəllüdlü, Ağdaş rayon sakini Elgiz Vəkil oğlu İsmayılovun idarə etdiyi 99 XF 724 dövlət qeydiyyatı nişanlı "Shacman" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "Porshe"də olan sərnişinlər - Gəncə şəhər sakinləri - 1992-ci il təvəllüdlü Tamerlan Amil oğlu Niyazov və 1967-ci il təvəllüdlü Məhəbbət Cabbar qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.