​Poroşenkoya XƏYANƏT İTTİHAMI: Rusiyaya nə vəd edib?

Baxış sayı:
1864

Ukrayna Prezidenti Pyotr Poroşenko dövlətə xəyanət edə bilər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Vitali Kupriy paylaşıb.
“İstintaq müəyyən etməlidir ki, Poroşenko hansı buraxılış məntəqləri vasitəsilə Rusiyaya səfərlər edib. Üstəlik, bu səfərlərin hansı müddətlərdə gerçəkləşdiyi müəyyən edilməlidir. Biz Poroşenkonun səfərlərinin məqsədini və onun orada kimlərlə görüşdüyünü bilməliyik”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Gürcüstanın “Rustavi 2” televiziyası Poroşenkonun 2007-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə göndərdiyi məktubu dərc edib. Məktubda o zaman deputat olan Poroşenkonun Rusiya qanunlarına hörmət edəcəyi və Rusiyanın maraqları əleyhinə heç bir çıxış etməyəcəyi vədləri yer alıb.
Artıq Ukrayna Prezident Administrasiyası gürcü televiziyasının yaydığı sənədin saxta olduğunu bəyan edib.