Poroşenkonun administrasiyası Putinin agentləri ilə doldurulub - İDDİA

Baxış sayı:
1381

Ukrayna paytaxtında dövlət strukturları Rusiya agenturası ilə doldurulub.
Muxalifet.az Luqanews.ru saytına istinadən xəbər verir ki, bu haqda feysbuk səhifəsində Ali Radanın deputatı Sergey Leşenko yazıb.
“Putinin agentlərini axtarmaq lazım deyildir, onlar hər yerdə qaynaşırlar. Prezident Pyotr Poroşenkonun administrasiyası Putinin agentləri ilə qaynayır”, - deputat iddia edib.
Maraqlıdır ki, Leşenko məhz prezident partiyası – “Pyotr Poroşenkonun Bloku”nın siyahısı üzrə parlamentə düşüb və bu partiyanın fraksiyasında indiyə qədər qalmaqda davam edir.