Poroşenkonu stadiona çağıran şoumenə - Şou cavabı

Baxış sayı:
8110

Prezident seçkilərinin ikinci turuna keçən şoumen Vladimir Zelenskinin Poroşenkonu Kiyev stadionunda debata çağırmasına cavab gəlib.
Muxalifet.az xəbər verir ki, Pyotr Poroşenko Blokunun deputatı Mariya İonova Prezident Poroşenkonun stadionda debat təklifini qəbul etməyəcəyini deyib.
“Poroşenko stadionda görüşməyəcək, o, telestudiyada, normal və peşəkar debata hazırdır. Zelenski ilə stadiona isə Pavelko (Ukrayna Futbol Federasiyasının prezidenti) gedə bilər və futbol oynayarlar”, - İonova deyib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turuna Zelenski və Poroşenko keçib.