​Poroşenkodan Putinə xüsusi təşəkkür...

Baxış sayı:
1594

Ukraynanı Avropa ölkəsinə çevirdiyinə görə Vladimir Putinə təşəkkürümü bildirirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“2013-cü ildə ukraynalıların sadəcə 16 faizi transatlantik inteqrasiyasını dəstəklədiyi halda, hazırda bu rəqəm 54 faizdir. Bunu kim etdi? 2013-cü ildə Avropaya inteqrasiyanı, AB-yə üzvlüyü 33 faiz dəstəklədi. İndi isə 74 faiz... Bunları kim etdi? Putin! Bu səbəbdən Putinə təşəkkür edirəm”, - deyə dövlət başçısı bildirib.
Poroşenko eyni zamanda ölkəsinin Rusiya imperiyasının tərkibinə əsla qatılmayacağını da əlavə edib.