Poroşenko və Putin mənə qarşı birləşdi - Saakaşvili

Baxış sayı:
2163

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya Prezidenti Vladimir Putinlə birgə mənə qarşı ittifaq yaradıb.
Muxalifet.az xəbər verir ki, bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili söyləyib.
“Prezident Administrasiyasındakı mənbələrdən biri mənim vətəndaşlıqdan məhrum edilməyim və həbsimin hazırlandığını dedi. İndi eyni mənbə deyir ki, 21 dekabrda Putin və Poroşenko arasında təkcə əsirlərin dəyişdirilməsi yox, həm də biznesmen Sergey Kurçenkonun mənə qarşı ifadə verməsi barədə müzakirə olub”, – o bildirib.