​Poroşenko tərəfdarının burnunu dartdı - VİDEO

Baxış sayı:
6445

Ukrayna prezident Pyotr Poroşenko Zaporojye şəhərində seçiciləri ilə keçirdiyi görüşdə yerli sakinin burnunu dartıb.
Hadisənin görüntüsünü Tatyana Vısotskaya adlı jurnalist öz “Facebook” səhifəsində dərc edib.
Kadrlarda dövlət başçısının ona dəstək olan tərəfdarına minnətdarlıq jesti olaraq əlini çiyninə vurduğunu, daha sonra isə bir az da “önə gedərək” burnundan dartdığını görmək olur.
Vısotskayanın sözlərinə görə, bundan əvvəl isə o, bir qızın papağını başından aşırsa da, onu lentə ala bilməyib.
“Bu prezidentin insanlara qarşı sayğısız münasibət bəsləməsinin sistematik hal aldığını sübuta yetirir”, - deyə jurnalist bildirib.