​Poroşenko Nyu-Yorkda Ərdoğanla görüşdü - FOTO

Sentyabrın 20-də Nyu-Yorkda Ukrayna prezidenti Petro Poroşenko və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Bu barədə Ukrayna prezidentinin mətbuat katibliyinin açıqlamasında bildirilir.
Söhbət zamanı tərəflər Kiyevdə keçiriləcək Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 6-cı toplantısına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata görə, Türkiyə prezidenti bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, Poroşenko və Ərdoğan Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak ediblər.