Pompeonun İsrail sevgisi: “QƏLBİMDƏ XÜSUSİ YERİNİZ VAR”

Baxış sayı:
5920

ABŞ-ın xarici işlər naziri Pompeo, İsrailin baş naziri Netanyahuya "Bizim üçün son dərəcə mühüm tərəfdaşlarsınız. Qəlbimdə xüsusi yeriniz var" deyə. bildirib.
 
Netanyahunun ofisindən edilən yazılı açıqlamaya görə, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo, İsrailin paytaxtı Tel Əvivdəki “Ben Gurion” Hava Limanına endiyi və daha sonra İsrail Baş Naziri Netanyahu ilə bir araya gəldiyi bildirilib.
Görüşdə Pompeonun, Netanyahuya "Siz bizim üçün son dərəcə mühüm tərəfdaşlarsınız. Qəlbimdə xüsusi yeriniz var" dediyi, Netanyahunun isə yeni vəzifəsi münasibətilə Pompeonu təbrik etdiyi bildirilib.
Səudiyyə Ərəbistanından, İsrailə gələn Pompeonun, oradan bu gün İordaniyaya keçməsi gözlənilir.
Müxalifət.az