​Pompeodan Qaşıqçı açıqlaması: Ərdoğan bizə dedi ki...

Baxış sayı:
7987

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaşıqçı olayının istintaqı ilə bağlı bizə məlumat verəcəyini söylədi.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Türklər və səudiyyəlilər Qaşıqçının yoxa çıxmasını ciddi qəbul edir. Qaşıqçı olayını ciddiyə aldığımızı həm səudiyyəlilərə, həm də türklərə bildirdik”, - deyə amerikalı rəsmi bildirib.
Dövlət katibi Türkiyə və Səudiyyəyə etdiyi səfər barədə ABŞ prezidentini məlumatlandırdığını vurğulayıb:
“ABŞ qarşılıq vermədən öncə bir neçə gün zaman verir. Səudiyyə Ərəbistanı ilə strateji əməkdaşlığımız var”.