​Pompeo Kim Çenlə görüşüb – GİZLİ SƏFƏR

Baxış sayı:
1243

ABŞ Dövlət katibi postuna namizəd Mayk Pompeo aprelin əvvəllərində Kim Çenlə görüşmək üçün Şimali Koreyaya gizli səfər edib.
Muxalifət.az xəbər verir ki, “Vaşinqton Post” iki etirablı mənbəyə istinadla Trampla Kim Çenin birbaşa dialoqlarına hazırlıq xarakteri daşıyan səfərin Pasxa ilə bağlı istirahət günləri ərzində baş tutduğunu yazıb.
Pompeonun səfəri 2000-ci ildə ABŞ Dövlət katibi Madlen Olbraytın Şimali Koreya lideri Kim Çen İrlə görüşündən bu yana ölkələr arasında ən yüksək səviyyədə keçirilən ilk əlaqə olub.
Ağ Ev, MKİ, həmçinin Şimali Koreya rəhbərliyi Pompeonun səfəri məsələsinə münasibət bildirməkdən imtina edib.