​Pompeo İrana qarşı hərəkətə keçdi – MÜZAKİRƏ BAŞLAYIR

Baxış sayı:
6091

İsrailin İranın nüvə proqramı ilə bağlı sahib olduğu məxfi informasiyalarla əlaqədar ABŞ Avropadakı tərəfdaşları ilə danışıqlar aparacaq.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Biz İran nüvə dosyesi ilə bağlı məlumatların İranla imzalanan nüvə razılaşmasının gələcəyinə necə təsir edəcəyini dəyərləndiririk. İsrailin əldə etdiyi sənədlər göstərir ki, İranda illərlə məxfi nüvə proqramı mövcud olub. İran nüvə silahı hazırlamağa cəhd edib. Bununla İran öz böyük nüvə arxivini dünyadan və MAQATE-dən gizlədib”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etmək üçün çalışdığını əks etdirən gizli sənədlərin surətini əldə etdiyini açıqlayıb. AB ali komissarı Federika Moqerini İranın nüvə proqramını gizli davam etdirməsi və bu yöndə arxiv sənədlərinin surətlərinin ələ keçirilməsi ilə bağlı açıqlamasını Tehranın nüvə razılaşması öhdəliklərini pozmasına sübut kimi qəbul edilə bilməyəcəyini deyib.