Polşa Avropa Birliyindən çıxa bilər – Referendum

Baxış sayı:
793

Polşa hökuməti Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirmək niyyətindədir.
 
Bu sözləri Avropa Birliyi Şurasının sədri Donald Tusk deyib.
O, buna səbəb kimi Avropa Birliyində Polşaya maliyyə yardımının dayandırması ilə bağlı müzakirələrin aparılmasını göstərib:
“Hələ ki, Polşa AB-dən maliyyə yardımı alır. Fikrimcə, bu yardım kəsilsə, Polşa hökuməti təşkilatı tərk etməklə bağlı vətəndaşlarının mövqeyini dəstəkləyəcək”.
Qeyd edək ki, Avropa Komissiya artıq iki ildir Varşava tərəfindən keçirilən məhkəmə islahatlarını tənqid edir.
Komissiya hesab edir ki, bu islahatlar çərçivəsində qəbul olunan 13 qanun hüququn aliliyi prinsiplərini pozur.