Polisləri “zibil” adlandıran azərbaycanlı qız axtarışa verildi (VİDEO)

Baxış sayı:
1946

Milad bayramı ərəfəsində avtomobili ilə iki polis patrulunu vuran Lvovun azərbaycanlı sakini Elnarə Abiyeva haqqında yeni məlumat yayılıb. Belə ki, Elnarə 4 il ərzində yol hərəkatını pozduğuna və əsasən də onda narkotik keflənmə əlamətləri müşahidə olunduğuna görə 13 protokol tərtib edilib.
 
Oxu.az xəbər verir ki, 26 yaşlı Elnarə, xidməti vəzifəsini yerinə yetirən  hüquq-mühafizə orqanı əməkdaşlarına bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Məsələ ilə bağlı artıq onun yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilib. Buna baxmayaraq Elnarə polis bölməsinə yaxınlaşmayıb.
Gələn həftə ilə E. Abiyeva ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Belə ki, o istintaqdan yayınmağa davam etsə, o, axtarışa veriləcək.
Bununla yanaşı, qadının Azərbaycana və ya İtaliyaya gedə biləcəyi də istisna olunmur.