​Polisdən “Xaş-xaş 2019” ƏMƏLİYYATI: 1 tona yaxın narkotik məhv edildi

Baxış sayı:
184

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də  “Xaş-xaş 2019”  əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq əməliyyat tədbiri keçirilib. Belə ki, rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilərkən orada  yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.