Polis maşınının qatarla toqquşmadan möcüzəli qaçışı - Video

Baxış sayı:
4591

ABŞ-da polis maşını son anda möcüzə sayəsində qatarla toqquşmadan qaça bilib.
Hadisənin görüntülərini əks etdirən video "Yutub"a yerləşdirilib. İllinoys ştatının Mokena şəhərinin polis zabiti Piter Stanqlviç xidməti maşını idarə edərkən qəfildən qatarın gəldiyini görüb. Özünü itirməyən polis zabiti ani reaksiya göstərərək faciədən qurtulub.
Həmin görüntüləri təqdim edirik: