​Polis Makqreqoru belə qandalladı - VİDEO

Baxış sayı:
12406

Məşhur irland döyüşçü Konor Makqreqor saxlanılıb.
Barəsində dava-dalaş və cinsi zorakılıq ittihamları olan Konorun qoluna qandal vurulub.
Qoluna qandal vurulduqdan sonra Makqreqor polis avtomobilinə mindirilib. Mayami polisinin kamerasına tuş gələn görüntülərdə villasından çıxarılan Konorun qandallandığı görünür. Bundan başqa polislər villaya gələndə vəkili ilə əlaqə saxlamağa çalışan döyüşçü bu səbəbdən polisləri bir müddət qapıda da gözlədib.