Polis bazardan pul yığır? – Video

Baxış sayı:
547

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis əməkdaşının Xətai rayonunda yarmarkada satıcılardan pul yığması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Muxalifet.az xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, xaricdən idarə edilən saytlardan birində yer alan iddia həqiqətə uyğun deyil: 

"Görüntüdən də aydın olur ki, polis əməkdaşı hər hansı yığım həyata keçirmir. Bununla bağlı hazırlanmış materialda iddia olunanlar cəfəngiyyat, polisə qarşı yönəlmiş növbəti virtual təxribatdır və ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb".

E.Hacıyev əlavə edib ki, videogörüntüdə yığım aparan mülki şəxs bazar nəzarətçisidir.